Ermənistan ordusunda özbaşınalıq: Komandirləri vəziyyətdən xəbərsizdir

Ermənistan ordusunda özbaşınalıq: Komandirləri vəziyyətdən xəbərsizdir

Ermənistan Silahlı Qüvvələrinin iki əsgərin intihar etdiyi hərbi hissəsinin və ordu korpusunun komandirləri vəziyyətdən xəbərsizdir.

Miq.Az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun Vedibasarda yerləşən hərbi hissəsində vəzifədən azad edilmələr gözlənilir.

İşdən çıxarılma hərbi hissənin iki çağırışçısının döyüş postlarında intihar etməsi ilə bağlıdır.

İlkin versiyaya görə, intihar edən iki əsgərin işində ortaq heç nə yoxdur.

"Qranik Xnkoyan avqustun 11-də intihar etməmişdən əvvəl hərbi hissədə baş verən hadisələrlə bağlı ətraflı məlumat aldıq. Hadisənin bütün təfərrüatları da əlimizdə var. Ancaq ilkin istintaqa zərər verməmək üçün dərc etmirik”, – deyə erməni nəşri yazıb.(konkret.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az