“Ermənistan ordusunun yaradılmasının 30 illiyini qeyd etməkdən imtinanı düzgün hesab etmirəm”

“Ermənistan ordusunun yaradılmasının 30 illiyini qeyd etməkdən imtinanı düzgün hesab etmirəm”

Ermənistan ordusunun yaradılmasının 30 illiyini qeyd etməkdən imtinanı düzgün hesab etmirəm.
 
Moderator.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan bu barədə NEWS.am saytına müsahibəsində bildirib və əlavə edib ki, o da ordu gününə həsr olunmuş tədbirə dəvət olunub, lakin iştirak etməyib. 
 
O, ordunun hazırda hansı vəziyyətdə olması ilə bağlı sualı cavablandırmaqdan yayınaraq, indi bu barədə danışmağın düzgün olmadığını qeyd edib. Bundan başqa, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavininin sözlərinə görə, o, bu sistemdə işləmədiyi üçün müvafiq məlumatı yoxdur.
 
Qoşunların geri çəkilməsi ilə bağlı hakimiyyətin bəyanatlarına toxunan Xaçatryan bu fikrə mənfi münasibət bəslədiyini bildirib.
 
"Mən sərhəddən qarşılıqlı geriçəkilmə ideyasına çox pis münasibət bəsləyirəm. Düşmən suveren ərazimizi işğal edib, hansı geri çəkilmədən danışırıq? Mən onların məntiqini, addımların ardıcıllığını başa düşə bilmirəm. Qoşunlar çıxarılsa, bu məntiqə görə, onları İrəvanın mərkəzinə qədər geri çəkə bilərlər”, - deyə  Xaçatryan bildirib.
 
Xatırladaq ki, hələ 2021-ci ilin mayında Nikol Paşinyan qoşunların qarşılıqlı geri çəkilməsi ideyasını irəli sürmüşdü.  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az