Ermənistan prezidenti: “Şadam ki, Türkiyə ilə dialoqu bərpa etdik”

Ermənistan prezidenti: “Şadam ki, Türkiyə ilə dialoqu bərpa etdik”

"Ermənistan qonşu dövlətlərlə balanslı, yaxşı münasibətlərə malik olmaq istəyir və buna görə də hökumət Türkiyə ilə normallaşma yolunu seçib”.

Miq.Az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İtaliyanın "La Repubblica” nəşrinə müsahibəsində deyib.

"Şadam ki, bu qədər ildən sonra Ankara ilə yenidən dialoqa başladıq. Gələcəyə baxmalı, uşaqlarımıza necə bir region qoymaq istədiyimizi anlamalıyıq. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq”, – deyə Xaçaturyan bildirib.

Qeyd edək ki, Ermənistan rəhbəri hazırda İtaliyada işgüzar səfərdədir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az