Ermənistan XİN rəhbəri Moskvaya səfər edəcək

Ermənistan XİN rəhbəri Moskvaya səfər edəcək
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan aprelin 8-də Moskvaya səfər edəcək.
 
APA-nın "riafan.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
 
E. Nalbandyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
 
E. Nalbandyanın həmin gün MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcəyi də gözlənilir.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az