Ermənistanda bu əsgərə görə 6 hərbçiyə cinayət işi açıldı

Ermənistanda bu əsgərə görə 6 hərbçiyə cinayət işi açıldı

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərinin qətli ilə əlaqədar 6 hərbçi barəsində cinayət işi açılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsi rəisinin müşaviri Sonna Truzyan bildirib.

Onun sözlərinə görə, əsgər Narek Patatanyana qarşı zor da tətbiq edilib.

Məlumata görə, 6 nəfərə qarşı "vəzifədən sui-istifadə, hərbçinin təhqir edilməsi, tabeçiliyində olana qarşı zor tətbiqi" və s. maddələr üzrə cinayət işi açılıb. Onlardan 5-i əsgər, biri isə Ermənistan ordusunun leytenantıdır.

Qeyd edək ki, hadisə sentyabrın 16-da baş verib.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az