"Ermənistanda ədalət yoxdur" - Paşinyan


"Ermənistanda ədalət yoxdur. Yalnız həmin ədalət  prokurorların, hakimlərin, müstəntiqlərin maaşının  qaldırılmasında istifadə  olunur".

Miq.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumətin iclasında müstəntiqlərin, prokurorların və hakimlərin maaşlarının artırılması ilə bağlı qərarlarına toxunaraq bildirib.

"Bilirsiniz, belə məsələlərin ictimai həssaslığı var və mən bu yaxınlarda bir qrup vətəndaşla görüş zamanı o həssaslıqla rastlaşdım. Onlar bu təbəqənin maaşlarının  artmasından narahatdırlar.  Biri mənə  dedi ki, "Bu ölkədə ədalət yoxdur, ədalət yoxdur, ədalət sistemi yoxdur və siz prokurorların, hakimlərin, müstəntiqlərin maaşını artırarkən ədaləti nəzərdə tutursunuz". Mən ona bildirdim ki, biz  müəyyən səbəbdən bu addımları atırıq, çünki biz institutlaşma vəzifəsini qoymuşuq, çünki biz hakimlər, prokurorlar, müstəntiqlər üçün sosial təminatlar sistemi yaradanda biz bu addımları atırıq. Biz o sistemi onlar üçün nə qədər çox yaratsaq, bir o qədər də sizin üçün yaradırıq. Biz bunu Ermənistan vətəndaşlarına yüksək keyfiyyətli ədalət təmin etmək üçün edirik. Bu, təkcə təqaüdçülərə deyil, həm də indiki müstəntiqlərə, hakimlərə, prokurorlara birbaşa təsir edir, çünki onlar da hər gün sabahı düşünürlər", -  deyə  çıxışında deyib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az