Ermənistanda hakimiyyət Qarabağ klanından alınır
Azərbaycanın müharibədən başqa yolu qalmır
Erməni KİV-ləri aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra Ermənistan prezidentlik edəcək şəxsin adını müəyyən ediblər.
Bu məsələyə məqalə həsr edən "Lragir” portalı bildirib ki, həmin şəxs indiki prezident Serj Sarkisyana yaxın olsa da Qarabağ klanının üzvü deyil.
Portalın ehtimalına görə, həmin şəxs bu günlərdə Ermənistanın hakim Respublika Partiyasını tərk etmiş sabiq baş nazir Ovik Abramyandır. Abramyan jurnalistlərə yaxın zamanda hər hansı seçki blokuna qoşulmayacağını bildirib.
"Siyasətdə qalıb heç bir seçki formatına qoşulmamağın yeganə yolu Ermənistan prezidenti olmaqdır. Yeri gəlmişkən, yeni Konstitusiyaya görə Ermənistan prezidenti bitərəf olmalıdır”,- deyə məqalədə vurğulanır.
Yəni hər şey indiki prezident Serj Sarkisyanla danışıqlar müstəvisində gedir. Sarkisyan prezidentlik müddəti keçən kimi parlamentə daxil olaraq baş nazir kürsüsünü tutacaq, yəni real icra hakimiyyətini ələ keçərək. Nominal olaraq isə prezidentlik kürsüsü Qarabağ klanından çıxaraq yerli ermənilərə keçəcək. Ola bilər ki, bu versiya Moskva ilə razılaşdırılıb. Çünki Ovik Abramyanın Rusiya ilə sıx biznes əlaqələri var və baş nazir olanda Moskvadan böyük dəstək alırdı. Ermənistana Rusiyadan silah alınması üçün 200 milyon dollarlıq kredit ayrılması da məhz Ovik Abramyanın sayəsində baş tutmuşdu.
Hadisələrin bu cür cərəyan etməsi gözləniləndir. Siyasi texnoloq Armen Badalyanın sözlərinə görə, Ermənistanda yaradılan seçki blokları formal xarakter daşıyır: "Siyasi qüvvələr sadəcə parlamentə daxil olmaq istəyirlər”.
Bu göstərir ki, Ermənistanda aprel seçkilərindən sonra formal siyasi hakimiyyət dəyişsə də, Azərbaycana münasibət dəyişməyəck. Yəni proseslərə təsir yenə də Azərbaycan torpaqlarının işğalında əsas rol oynayan Qarabağ klanının əlində olacaq. Onlar isə Azərbaycan torpaqlarını geri qaytarmaq istəməyəcəklər. Yəni bizim müharibədən başqa yolumuz qalmır./İstiPress/
Miq.Az