Ermənistanda hərbi hissənin anbarından xeyli güllə oğurlandı

Ermənistanda hərbi hissənin anbarından xeyli güllə oğurlandı

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin anbarında oğurluq faktı aşkarlanıb.

Ermənistanın "Aravot” qəzetinin verdiyi məlumata görə, oğurluqda hərbi hissənin anbar rəisi işləmiş Armen Avetik oğlu Muradyan günahlandırılır.

İttihama əsasən, o, vəzifəsindən sui-istifadə edərək 2014-cü ilin dekabr ayından 2015-ci ilin mart ayınadək ona həvalə edilmiş anbardan müxtəlif çaplı güllələr oğurlayıb. Sonra A. Muradyan güllələri Lori rayonunun Stepanavan şəhərinə aparıb və orada satıb.

A. Muradyan Cinayət Məcəlləsinin 235 (qanunsuz yolla silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular, satma, saxlama, daşıma) və 238 maddəsi ilə (silah, sursat, partlayıcı maddələr və qurğularının oğurlanması) ittiham olunur.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az