Ermənistanda koronavirusa yoluxma sürətlə artır: 110 oldu
Hazırda izolyasiya olunanların sayı 444 nəfərdir, daha 799 nəfəri təcrid olunmağa çağırmışıq.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Qeyd edək ki, bu gün Ermənistan Səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirusa yoluxanların sayının 84-ə çatdığını deyib.
Martın 16-dan etibarən Ermənistanda fövqəladə vəziyyət tətbiq edilib.
***
Ermənistan Səhiyyə Nazirliyi koronovurisa yoluxanların sayının 110-a qalxdığını təsdiqləyib.