Ermənistanda müharibə veteranını amansızcasına döydülər
Ötən gün Ermənistanın "Ayazn” Partiyası tərəfindən Yerevanın mərkəzində, "Abovyan” küçəsində təşkil edilən müstəqilliyə dəstək yürüşündə Qarabağ müharibəsi veteranı Smbat Akobyan amansızcasına döyülüb.
Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə o, təhlükəsizlik xidməti əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.
Onu Yerevanın "Surb Qriqor Lusavoriç” tibb mərkəzinə yerləşdiriblər.
Akobyan deyib ki, onu döyənlər 5 nəfər olub. Veteran onları tanıdığını bildirsə də, ad hallandırmayıb.
Qeyd edək ki, Akobyan Veteranlar İttifaqı erməni təşkilatının üzvüdür.