Ermənistanda Robert Koçaryanla yaxınlığı olan telekanalın sahibi saxlanılıb

Ermənistanda Robert Koçaryanla yaxınlığı olan telekanalın sahibi saxlanılıb

Ermənistanda "H2″ telekanalının sahibi olan tanınmış iş adamı Samvel Mayrapetyan saxlanılıb.


"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunur ki, S.Mayrapetyan Ermənistanın keçmiş prezident Robert Koçaryana yaxın insan kimi tanınır.

Xatırladaq ki, daha əvvəl Ermənistanın keçmiş prezidentindən 2008-ci il martın 1-də keçirilmiş etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi üzrə ittihamlarla əlaqədar ölkəni tərk etməyəcəyinə dair imzalı sənəd alındığı bildirilib.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az