Ermənistanda xalq yenidən ayağa qalxdı

Ermənistanda xalq yenidən ayağa qalxdı

Ermənistanda qısa sakitlikdən sonra xalq ayağa qalxıb. 
Bu dəqiqələrdə Yerevanın Azadlıq meydanında "Sasna Tsrer" üsyançılarının tərəfdarları kifayət qədər çox adamın toplaşdığı mitinq keçirirlər.

Dünən girov müqabilində azadlığa çıxmış "İrs" müxalifət partiyasının sədr müavini Armen Martirosyan deyib:

"Biz prosesi başlamışıq və mövqelərimizdən çəkilmək niyyətində deyilik. Biz bunu etsək, Ermənistan birdəfəlik Sarkisyanın kriminal rejiminin əlində batacaq. Biz bunu etsək, Kremlin əlaltılarının vasitəsilə vətənimizi Rusiyaya hədiyyə edirik. Məqsədimiz dəyişməyib, indiki cinayətkar hakimiyyətin istefasına və yeni, ədalətli və effektiv idarəçilik modelinin formalaşmasına nail olmağa çalışacağıq".(Virtualaz.org)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az