Ermənistanı qorxuya salan AÇIQLAMA-JF-17 Thunder” təyyarələri

Ermənistanı qorxuya salan AÇIQLAMA-JF-17 Thunder”  təyyarələri

Pakistanın müdafiə nazirindən Ermənistanı qorxuya salan AÇIQLAMA

"Pakistan Azərbaycanla müdafiə sənayesi sektorunda əməkdaşlığı genişləndirməkdə və birgə layihələr həyata keçirməkdə maraqlıdır”.

Miq.Az-ın məlumatına görə, bunu "Report”un Əbu Dabiyə ezam olunmuş müxbirinə açıqlamasında Pakistanın müdafiə sənayesi naziri Rana Tanver Hüseyn deyib.
Nazir qeyd edib ki, Pakistanın müdafiə sənayesi sahəsində böyük təcrübəsi var və Azərbaycan ilə bu istiqamətdə yaxşı əlaqələri mövcuddur.

"Azərbaycan Prezidentinin Pakistana səfəri bu əlaqələri daha da dərinləşdirəcək. Biz Azərbaycanı qardaş olaraq görürük və ona görə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Biz Azərbaycanla geniş spektrdə - kiçikçaplı silah və sursat istehsalından, təyyarə istehsalına qədər əməkdaşlıq etməyi hədəfləyirik. Qardaş Azərbaycanla birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə hazırıq”, - deyə, nazir qeyd edib.

Nazir əlavə edib ki, "JF-17 Thunder” döyüş və "Super Mushshak” təlim təyyarələrinin Azərbaycana satışında heç bir problem yoxdur. "Biz "Super Mushshak” təyyarəsinin Azərbaycana çatdırılmasına hazırıq”, - deyə, o, vurğulayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az