Ermənistanın baş naziri cəbhə xəttində

Ermənistanın baş naziri cəbhə xəttində
Mayın 8-də işğal altındakı Azərbaycan ərazilərinə gələrək separatçı rejimin başçıları ilə görüşən Ermənistanın baş naziri Ovik Abramyan bu gün cəbhə xəttində olub.


Erməni KİV-lərinin məlumatında deyilir ki, Abramyan "Dağlıq Qarabağ və Azərbaycan hərbçilərinin təmas xəttinə” gəlib. Baş nazir aprel uğursuzluqlarından və ağır itkilərdən sonra ruh düşkünlüyünə qapılan işğalçı ordunun hərbçilərinə bir sıra vədlər verib. Abramyan ermənilərin son döyüşlərdəki "qəhrəmanlıqları” barədə nağıllar danışmağı da unutmayıb. Ancaq rəsmi xəbərlərdə qanunsuz olaraq Azərbaycan ərazilərinə soxulmuş erməni baş nazirin cəbhənin hansı istiqamətində olduğu konkretləşdirilməyib. /Musavat.com/
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az