Ermənistanın çox qorxulu tankları
BMT-nin dərc etdiyi hesabat heyrət doğurur
Ermənistan yaxın illərdə tank istehsalına başlamaq istəyir.
İstiPress-in məlumatına görə, İrəvanda dərc olunan "Haykakan jamanak" qəzeti bu barədə Ermənistan parlamentində qəbul edilmiş "Hərbi-sənaye və hərbi-texniki siyasət strategiyasından doğan tədbirlər proqramı" adlı sənədi şərh edərkən bildirib.
"Məqsəd əlbəttə ki, yaxşıdır. Ermənistan sadəcə güclü hərbi-sənaye kompleksinə malik olmağa və öz silahlarının böyük hissəsini özü istehsal etməyə məhkumdur. Şəksiz, texniki və nəzəri baxımdan bu mümkündür. İsrail buna yaxşı misaldır. 70 il qabaq səhrada yaranmış dövlət bu gün dünyanın ən yaxşı tanklarını istehsal edir. Dünyada çox az sayda ölkə göstərmək olar ki, tank istehsalı imkanına malik olsun, yüksək texnologiyalı sihal növlərindən danışmağa belə dəyməz”, - qəzet bildirir.
Lakin "Haykakan jamanak" Ermənistanın bu planları gerçəkləşdirmək üçün iqtisadi potensiala malik olmadığını bildirir: "Bir sözlə, güclü, keyfiyyətli və kəmiyyətcə inkişaf etməkdə olan iqtisadiyyat olmadan bizim hərbi-sənaye kompleksi yarana bilməz. Yəni inkişaf etmiş iqtisadiyyat zənginlik yox, vacib ehtiyacdır".
Ermənistan parlamentinin müxalifətçi «Çıxış» fraksiyasının rəhbəri Nikol Paşinyan isə yalnız "Hərbi-sənaye və hərbi-texniki siyasət strategiyasından doğan tədbirlər proqramı"nın deyil, ümumilikdə hökumətin 2017-2022-ci illər üzrə fəaliyyət proqramının yerinə yetirilməyəcəyini vurğulayıb.
"Ermənistan hökumətinin yerinə yetirilməyən vədləri ətli piroq barədə lətifəyə bənzəyir. Biri bunu alır, yeyir, görür ki, ət yoxdur. Amma satıcı ona deyir ki, sən yeməkdə davam elə, ətə çatacaqsan. O yenə yeyir, ət yenə yoxdur. Sonra satıcı ona deyir ki, ətli yeri artıq keçmisən, ona görə ət yoxdur. Burda da belədir", - deyə Nikol Paşinyan parlamentdə bildirib.
Aydındır, Ermənistanın öz tankını istehsal etməyi barədə dedikləri şirin xəyaldan başqa bir şey deyil. Hələliksə, Ermənistanın üzərində Rusiyaya məxsus tanklar dolaşır. "Haykakan jamanak"ın yazdığına görə, Şirak vilayətinin Marmaşen kəndinin sakinləri Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının tanklarından şikayət ediblər. "Rusların tankları hər şeyi məhv edir, onlar sahələrimizi yola çeviriblər. Biz öz torpağımızda rusların əsirinə çevrilmişik", - deyə Marmaşen sakinləri "Haykakan jamanak"a bildiriblər.
Bəlkə də elə bu səbəblərdəndir ki, Ermənistan dünyanın ən sürətlə tərk edilən ölklərindən biridir. BMT-nin dünya əhalisinin perspektivləri barədə 2017-ci il üçün dərc elədiyi hesabatda bildirilir ki, yaxın 80 ildə, yəni 2100-cü ilə kimi Ermənistanın rəsmi əhali sayı, yəni qeydiyyatda olanların toplam sayı 1,8 milyona düşəcək. Hazırda isə bu ölkədə rəsmi qeydiyyatda 2,93 milyon adam var.
Ermənistanın "Qraparak" qəzetinin yazdığına görə, erməni miqrantlar ölkəni tərk etmək üçün hər cür vasitədən istifadə etməyə hazırdırlar. Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bildirib ki, erməni ailələr Belçikaya yerləşmək üçün hər cür əfsanələr uydururlar. Bu əfsanələrin arasında birinci yerdə ailənin qadının azərbaycanlı olması gəlir. Yəni, evin qadını azərbaycanlı olduğuna görə, Ermənistana qayıda bilmirlər. Qalan ermənilər isə cinsi azlıq olduqlarını iddia edirlər.
Miq.az