Ermənistanın keçmiş baş prokurorunun həbs müddəti 2 ay uzadıldı

Ermənistanın keçmiş baş prokurorunun həbs müddəti 2 ay uzadıldı
Ermənistan İstintaq Komitəsinin sabiq sədri, keçmiş baş prokuror Aqvan Ovsepyanın həbs müddəti 2 ay uzadılıb. Bu barədə "Sputnik Armeniya" xəbər verir. Ovsepyanın vəkili Sasun Rafaelyan bildirib ki, qərardan Apellyasiya Məhkəməsinə şikayət ediləcək.

Ovsepyan 2004-2013-cü illərdə baş prokuror, o cümlədən 2014-2018-ci illərdə İstintaq Komitəsinin rəhbəri olub. O qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az