Erməni politoloqlar arasında ciddi fikir ayrılıqları var
Ermənistanda baş nazir Tiqran Sarkisyanın Qəbələ RLS-in əvəzinə bu ölkədə yni sistin inşasına dair fikirləri politoloqlar arasında geniş iştaha yol açıb . “vətəninfo.az”ın Məlumatına görə bunu Ermənistan mətbuatına açıqlamasında Ermənistanda fəaliyyət göstərən Regional Təhqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyan səsləndirib. «Ermənistan tərəfindən Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hərbi nöqteyi-nəzərdən təklif ediləsi çox şey var» - deyən Kirkosiyan son zamanlar Rusiya informasiya vasitələrində Moskvanın Ermənistan ərazisində radilokasiya stansiyasının tikintisinə başladığı haqda məlumatları xatırladıb və “Kommersant”-ın son saylarından birində Ermənistan baş naziri Tiqran Sarkisyanın şərhləri “məsələyə yeni təkan” verdiyini bildirib. Ekspert RLS-in Ermənistanda yerləşdirilməsi məsələsinin iki aspekti olduğunu bildirir: Moskva ilə Bakı arasında Qəbələ RLS-nin icarəsinə dair danışıqların vaxtaşırı müşkülə düşməsi və İran məsələsi. Kirakosyanın sözlərinə görə, Ermənistan İranla xoş münasibətləri olan yeganə dövlətdir və həmin ölkədəki vəziyyətin qiymətləndirilməsində mühüm rol oynayır. Hələlik Ermənistan baş nazirinin müsahibəsində RLS-lə bağlı dedikləri yalnız erməni və rus mətbuatında, və əsasən müsbət, əks-səda tapıb. Bəzi erməni şərhçiləri təklifi bölgə təhlükəsizliyi müstəvisində nəzərdən keçirirlər. Onlar Ermənistanın Rusiyadan asılılığını heç də yaxşı qarşılamırlar. «Yəgin, onlar anlayırlar ki, Ermənistanı öz təsir orbitində uzun müddət saxlaya bilməyəcəklər. Çünki gec-tez Ermənistanda milli maraqlar qalib gələcək, Rusiyanın bu günki keyfiyyətdə təsir orbiti, cəhalətpərəstliyi və fəlsəfəsi isə bu maraqlarla uzlaşmır" – bu fikirlər isə siyasi şərhçi Hakob Badalyana məxsusdur. Onu sözlərinə görə, Qəbələ RLS-i üçün Azərbaycana 7 milyon dollar vermək əvəzinə Ermənistanda yenisi tikiləcəyi məsələsinin gerçəkləşəcəyi heç də böyük nikbinliklə qarşılanmır. Daha dəqiq, şübhəli görünür. Və belə ehtimallara Ermənistanın müstəqillik illəri ərzində müttəfiqi Rusiya tərəfindən Ermənistanda nə isə yeni bir şey icra etmədiyi əsas verir: «Hələ Robert Koçaryanın prezidentliyi zamanı Rusiya Ermənistanın İran sərhədi yaxınlığında neftayırma zavodu tikmək layihəsini mənfəətsiz izahatı ilə rədd etmişdi. Yerevan Ermənistanın borc əvəzinə Rusiyaya verdiyi müəssisələrə investisiya qoyulmasına nail ola bilməyib. Bu günədək bu müəssisələrin heç biri işləmir. Onlardan biri ərazisində azad iqtisadi zona yaratmaq layihəsinin həyata keçiriləcəyi də şübhəlidir.Ermənistanın yeni atom elektrik stansiyasını tikmək təklifinə cavab olaraq, Rusiya layihənin 20 faizini maliyyələşdirməyə hazır olduğunu bildirib. Rusiya İran-Ermənistan dəmir yolunun tikintisindən də Şimal-Şərq quru yolun tikintisi layihələrinə qatılmaqdan da imtina edib». Eyni zamanda müşahidəçilər Rusiyanın Ermənistanda artıq icra edilmiş və fəaliyyət göstərən müəssisələrin mənimsədiyini qeyd edirlər: İran-ermənistan qaz kəməri, energetika və kommunikasiya sahələri. Görünür, Ermənistan, Rusiyanın heç olmasa hərbi-siyasi layihədən imtina etməyəcəyi ümidilə, RLS tikməyi təklif edir. Lakin Rusiya bundan da imtina edəcək. Badalyanın qənaətincə, Ermənistanda tikintidən imtina etmək Rusiya üçün strateji, prinsipial məsələdir və Rusiya elitasının məntiqindən irəli gəlir: “Yəgin, onlar anlayırlar ki, Ermənistanı öz təsir orbitində uzun müddət saxlaya bilməyəcəklər. Çünki gec-tez Ermənistanda milli maraqlar qalib gələcək, Rusiyanın bu günki keyfiyyətdə təsir orbiti, cəhalətpərəstliyi və fəlsəfəsi isə bu maraqlarla uzlaşmır”.
Azad