Ermənistanın referendum TƏXRİBATI müharibəni labüd edir
"Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma "referendum " keçirir. Ermənistanın bu siyasi avantürası münaqişənin nizamlanmasına qarşıdır və hesab edirəm ki, Azərbaycan buna adekvat cavab olaraq, cəbhə bölgəsində işğalçı qüvvələrə qarşı ciddi təzyiqləri artırmalıdır. Minsk qrupu üzvlərinin son həftələrdə verdiyi açıqlamalar, Ermənistanın bu kimi siyasi təxribatlı gedişlər etməsinə səbəb olub."
Bu sözləri ermənilərin Qarabağda keçirmək istədikləri referendumla bağlı vəziyyəti şərh edən politoloq Məhəmməd Əsədullazadə Miq.Az-a açıqlamasında bildirib.
"ATƏT sədri də artıq, münaqişənin həllində bir irəlləyiş olmadığını qeyd edir. Əlbəttə Fransa, ABŞ və Rusiya üzərlərinə götürdükləri missiyanı ədalətli şəkildə götürsəydilər, Ermənistanın bu hərəkətlərinin qarşısı alınardı. Bu gün "Minsk qrupunun" üzvləri Qarabağda referendumu" və Qarabağdakı separatçı rejimi müstəqil subyekt kimi tanımamaq barədə açıqlama versələr də, bəyanatlarda Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü kimi qeyd edilmir. Hesab edirəm ki, XİN bu kimi bəyanatlara, etirazını bildirərək, Dağlıq Qarabağın ərazi bütövlüyü kimi bəyanatlarda qeyd edilməsini tələb etməlidir. Azərbaycana qarşı Ermənistanın bu təxribatları müharibəni labüd edir. Yeni toqquşmalar fonunda Ermənistan ciddi şəkildə siyasi və hərbi böhrana səbəb ola bilər. Və işğal olunmuş ərazilərin bir hissəsini yenidən ala bilərik. Artıq, yenizəmin formalaşıb"-deyə politoloq bizimlə söhbərtində bildirdi.
Qeyd edim ki, Dağlıq Qarabağ bölgəsinə "beynəlxalq" müşahidəçi adı ilə bir sıra ölkələrin nümayəndələri "səsverməni" izləyəcək. Belə faktlar görünür var. Azərbaycan həmin şəxləri arzuolunmaz elan etməli və hüquqi prosedur həyata keçirməlidir. Ümumiyyətlə, Qarabağda işğalçıya o qədər ciddi hərbi cəhətdən təzyiq olunmalıdır ki, bu kimi siyasi "oyunlara"getməsin. Bu müharibə fitili ilə oynamaqdı. Və Azərbaycan bunu sakitliklə qsrşılamamalıdır.
Miq.az