Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçi Ağstafada dəfn ediləcək - FOTO

Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçi Ağstafada dəfn ediləcək - FOTO


Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafa rayonunda dəfn ediləcək.

Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Vurğun qəsəbə qəbristanlığında torpağa tapşırılacaq.

Belə ki, 1998-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsi sakini olub.

O, iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş.

Şəhid O.Novruzəlizadə subay olub, bir qardaşı və iki bacısı var.

Qeyd edək ki, şəhidin atası təsərrüfatla məşğul olur, anası isə ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az