Ermənistanın yeni müdafiə naziri məlum olub

Ermənistanın yeni müdafiə naziri məlum olub
Ermənistanın yeni müdafiə nazirinin kimliyi məlum olub.

Miq.az APA-ya istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan bu vəzifəyə fövqəladə hallar naziri səlahiyyətlərinin icraçısı David Tonoyanın təyin olunacağını açıqlayıb.
"Deyə bilərəm ki, David Tonoyan bu gün müdafiə naziri təyin olunacaq", - N.Paşinyan hökumətin iclasından sonra bildirib.

Xatırladaq ki, müdafiə naziri Vigen Sarkisyan mayın 8-də vəzifəsindən istefa verib. O, 2016-cı ilin oktyabrından bu vəzifədə çalışırdı.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az