Ermənistanla İran arasında viza rejimi ləğv edildi

Ermənistanla İran arasında viza rejimi ləğv edildi
 
Ermənistan parlamentinin növbədənkənar sessisyasında İranla viza rejiminin ləğvinə dair razılaşma təsdiqlənib.

Bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, cari il iyunun 5-də Tehranda İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanıb.

Həmin sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

Məlumata görə, razılaşma həm də iki ölkə arasında gələcəkdə iqtisadi, ticarət və başqa əlaqələrin "güclənməsi və tənzimlənməsinə" xidmət edəcək. /Report.az/
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az