Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək?

Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək?
İYİ Partiyasının sədri, millət vəkili Müsavat Dərvişoğlu Ermənistanla sərhəd-keçid məntəqəsinin adının "Alican”dan "Tələt Paşa”ya dəyişdirilməsi üçün TBMM-ə qanun layihəsi təqdim edib.

Axar.az xəbər verir ki. qanun layiuhəsini 28 millət vəkili imzalayıb.

"Bu ad dəyişikliyi sadəcə bir işarə deyil, türk xalqının öz tarixi, qəhrəmanları və yaddaşı üçün iradəsinin təzahürüdür”, - layihənin təqdimatında bildirilib.

Qeyd edək ki, Tələt Paşa 15 mart 1921-ci ildə Berlində "Nemezis” terror əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçu tərəfindən qətlə yetirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az