“Əsgər düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə vurulub” – Müdafiə Nazirliyi

 “Əsgər düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə vurulub” – Müdafiə Nazirliyi
Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.
"Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır", - Azərbaycan Müdafiə Nazirliyinən bildirilib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az