ƏT və ƏT məhsulları kəskin bahalaşacaq?

ƏT və ƏT məhsulları kəskin bahalaşacaq?

2012-ci ilin iyul ayının statiskasına görə, ötən dövrlə müqayisədə heyvandarlıq sahəsində artım müşahidə olunub. Kənd Təsərüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin açıqlamasına görə, respublika üzrə iribuynuzlu mal-qaranın sayı 2 milyon 700  min baş olub.

Statistik göstəricini 2011-ci illə müqayisə etdikdə mal-qaranın sayı 40 min ədəd artıb. Bu ilin iyul ayının statiskasına görə, 215 min ton ət istehsal olunub. Bu da ötən ilkindən 6 min ton artıqdır. Süd istehsalına gəldikdə isə bu rəqəm 856 min tondur. Ötən dövrün statistakısına baxdıqda 58 min ton artıq məhsul əldə edilib. Bundan başqa yumurta və yun istehsalında da artım olub. Qeyd edək ki, azalma donuzculuq təsərüfatında müşahidə olunub.

M.Hacıyevin sözlərinə görə, mal-qaranın sayının artmasına səbəb hər il Azərbaycana aqrolizinq xətti ilə cins mal-qara gətirilməsidir. Belə ki, məhsuldarlığın artırılaması üçün mal-qaranın suni mayalanması aparılır. Bu səbəbdən heyvanların baş sayında və məhsuldarlığında artım olub. Bundan başqa quşçuluq təsərüfatında da artım var. Nazirlikdən verilən məlumata görə, gələn il Azərbaycana xaricdən yumurta idxal edilməyəcək. Təlabat daxili istehsal hesabına ödənəcək. Məhsuldarlığın artımı qiymətlərədə təsir edəcək. Murtuzəli Hacıyevin sözlərinə görə, son dövrlərə diqqət yetirdikdə ət və südün qiyməti stabildir. Eyni zamanda bu məhsullarda qiymət artımı gözlənilmir. Cuzi qiymət artımı mövsümü xarakterlə bağlı ola bilər. Hətta quşçuluq məhsullarında ucuzlaşmanın olacağı gözlənilir.

SIA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az