Pənah Hüseyn
"1990-cı ilin fevral ayında Xalq Cəbhəsinin Məclisi SSRİ-dən ayrılma haqqında qərar qəbul edib, proqrama salmışdı. Etibar bəy 1989-cu ildə baş tutan iclasla 1991-ci ili qarışdırır. Sənədlər var bununla bağlı. 1989-cu ilin təsis konfransında proqramla bağlı qısa çıxışlar olmuşdu. Müstəqillik, suverenlik termini ətrafında diskussiya getmişdi. 1991-ci ildə belə bir məsələ olmayıb. Etibar Məmmədov prosesləri qarışdırıb”.
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı E.Məmmədovun sözügedən fikirlərinə özünün Feysbuk hesabında belə cavab verib:
"Etibar Məmmədov deyib ki, guya Xalq Cəbhəsi ilə fikir ayrılığı Azərbaycanın müstəqillik məsələsi ilə bağlı olub.
Arif Hacılı
Görüntüdə 22 yanvar, şəhidlərimizin dəfnindən sonra ölkədə keçirilən ilk mitinqlərdən biridir.
Burada AXC nin müstəqilliklə bağlı ümumi mövqeyi ifadə edilib.
Yəni Etibar Məmmədov AXC dən ayrılanda suverenlik məsələsi artıq keçilmiş mərhələ idi.
Etibar Məmmədov AXC-ni bundan azı il yarım sonra – 1991-ci ildə, bu təşkilatla bağlı planları baş tutmadıqda tərk edib”.
Həmin görüntünü təqdim edirik: