Etibar Pirverdiyev 104 milyonu hara xərcləyib?

Etibar Pirverdiyev 104 milyonu hara xərcləyib?
Vətəninfo.az xəbər verir ki,Sumqayıt Texnalogiyalar Parkı çökür.Bunun səbəbkarı isə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevdi. Məlumata görə,milyonlarca dollar sərf olunaraq açılan Sumqayıt TP-da ilk açıldığında əyər 7-8 min insan işlə təmin olunsa da bu gün cəmi 3-4 min işçi qalıb. Hardasa işçilərin sayı yarıba-yarı azaldılıb.Bu azmış kimi 3 aydı TP-da çakışan insanların aylıq əmək haqları ödınilmir.
Məlumata görə TP-da çalışan insanların aylıq zəhmətlərinin qarşılığı olan əmək haqlarını alamamalarının səbəbi əmək haqları üçün ayrılan vəsaitin mənimsənilməsidir.
Bununla bağkı daxil olan məlumatda vurğulanır ku, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin şefinin nəzarətində olan Sumqayıt TP-na ayrılan 104 milyon manat buxarlanıb yoxa çıxıb.Bu üzdən də TP-da çakışanlar bir parça çörəyə belə möhtac qalıblar. 104 milyonu "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar  Pirverdiyev və yaxut da başqası mənimsəyib o hələlik bilinmir. Amma bilinən odur ki,  4 minə yaxın insan mağdur edilib və haqları tapdalanıb.Mənbə bildirib ki, əgər ayın sonuna kimi əmək haqları ödənilməzsə TP-nın işçiləri Prezidentin Administrasiyası qarşısında haqlarını tələb edəcəklər.
 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az