ETSN Şamaxıda sürüşmə sahələrinin vəziyyətini açıqlayıb

ETSN Şamaxıda sürüşmə sahələrinin vəziyyətini açıqlayıb
"Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, 48-A məhəlləsi sürüşmə sahəsi üzərində mövcud çatların parametrlərində artım qeydə alınıb.
Ekspedisiya rəisi qeyd edib ki, rayonun Muğanlı sürüşmə sahəsi də aktivləşib, sürüşmə sahəsində mövcud çatların ölçüləri genişlənib.
Qeyd edək ki, Şamaxıda adıçəkilən sürüşmə sahələrinin aktivləşməsi bir neçə evin qəzalı vəziyyətə düşməsinə səbəb olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az