“Eurovision – 2016”nın açılış mərasimi - Video

“Eurovision – 2016”nın açılış mərasimi - Video
Bu gün "Eurovision – 2016” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

Stokholmda rəsmi mərasimdən sonra "Eurovision” iştirakçılarının qırmızı xalça yürüşü başlayıb.

95 metr uzunluğunda olan xalçadan keçid yerli vaxtla saat 19:00-da start götürüb.

Mərasimi ötən il İsveçə qalibiyyət gətirən Måns Zelmerlöw və müsabiqənin aparıcısı Petra Mede açıb.

Daha sonra sıra ilə mahnı yarışmasının iştirakçılarının keçidi başlayıb.

Azərbaycan təmsilçisi Səmra Rəhimli 23-cü sırada qırmızı xalçada görünüb, jurnalistlərin suallarını cavablandırıb.

Norveçin "Eurovision-2016 təmsilçici Agnete isə qırmızı xalça yürüyüşündən imtina edib. Müğənni dincəlməyə ehtiyacı olduğunu və bu səbəbdən imtina etdiyini açıqlayıb. /Qafqazinfo/


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az