Evli kişidən hamilə olduğu iddia edilən Damla: "O istəyəcəksə, ola bilər"

Evli kişidən hamilə olduğu iddia edilən Damla:
Müğənni Damla evli kişidən hamilə olduğu haqda xəbərlərə, nəhayət, münasibət bildirib.

Milli.Az xəbər verir ki, Xəzər televiziyasında verilişlərdən birinin qonağı olan gənc ifaçı iddia edir ki, dediklərini təkzib ediblər:

"Mənim müsahibəmi orasını-burasını kəsib səhv təqdim ediblər. Mənim evlilik planım yoxdur. Olacaqsa da, mənim özüm boyda oğlum var. O istəyəcəksə, nə zamansa ola bilər. Mən ailə quracamsa, bu rəsmi nikah olacaq. Və övlad da rəsmi nikahdan dünyaya gələcək. Mənim bir övladım atasız böyüyür. Mən istəmərəm ki, hansısa bir evli kişidən övladım olsun. Səhəri gün o insan qalsın iki ailə arasında. Sənətçi olaraq qazancım imkan verəcək, təbii ki, mənim onu böyütməyimə. Amma 100 il də qalsa, mən indi İbrahimə ata ola bilmirəm". 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az