Fazil Mustafa: “Bəlkə, iyun qiyamı olmasaydı, daha böyük faciələr olacaqdı, şərtlər fərqli şəkildə inkişaf edəcəkdi”

Fazil Mustafa: “Bəlkə, iyun qiyamı olmasaydı, daha böyük faciələr olacaqdı, şərtlər fərqli şəkildə inkişaf edəcəkdi”

"1993-cü ilin 4 iyun qiyamından 31 il ötdü. Bu məsələlərdə kəhanətlə danışmaq doğru deyil. Tarix necə dəyişəcək? Nə baş veribsə, onun özü də bir tarixdir. Tarix özü özünü dəyişməyəcək ki. Təsadüflərə ümid bağlayıb, nəyisə geri çevirmək imkanı yoxdur. Guya Gəncə hadisələri olmasaydı, daha fərqli yol izlənəcəkdi... Belə şeylər yoxdur. Hadisələr baş veribsə, onun üzərindən danışmaq lazımdır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmış, Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

 

"4 iyun hadisələri artıq baş verib. Bu, Azərbaycan tarixində bir çevriliş tarixidir. Silahlı üsyan yolu ilə Azərbaycan hakimiyyəti devirilib. Buna gətirən yollarda ola bilsin, müəyyən problemlərin yaşanmasının əsas səbəbi elə o dövrdə hakimiyyətdə olan bizlər olmuşuq. Bu baxımdan, "belə olmasaydı, elə olardı" şəklində danışmaq yanlışdır. Baş veribsə, deməli, baş verib. Tarix öz axarını elə bu hadisə ilə dəyişib. Bəlkə, iyun qiyamı olmasaydı, daha böyük faciələr olacaqdı, şərtlər fərqli şəkildə inkişaf edəcəkdi. Bunu bilmək olmur. Bəlkə, iyunda yox, dekabrda hansısa hadisə olacaqdı, OMON dəstəsi prosesi yekunlaşdıracaqdı? O da bir qiyam idi. Bəlkə, qarşısını almaq mümkün olmayacaqdı? İyun qiyamının qarşısı alınmayıbsa, hadisə baş veribsə, məsələyə bu prizmadan yanaşmaq daha doğrudur”, - deputat bildirib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az