Fələstin rəsmisi BMT-də göz yaşlarını saxlaya bilmədi
Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur İsrailin hücumu nəticəsində həlak olan fələstinli həkimdən danışarkən göz yaşlarını saxlaya bilməyib.
Globalinfo.az xəbər verir ki, siyasətçi İsrailin Əl Auda xəstəxanasına hücumu nəticəsində həlak olan həkim Mahmud Əbu Nuceylə bağlı xatirəsini bölüşüb:
"Həkim bir neçə ay əvvəl cərrahiyyə planlaması üçün istifadə edilən lövhəyə məlumat yazıb. Mən ondan sitat gətirəcəyəm: "Sona kimi qalan bizim hekayəmizi danışacaq. Əlimizdən gələni etdik. Bizi xatırlayın, bizi xatırlayın”. Bu sözlərdən sonra Mənsur göz yaşlarını saxlaya bilməyib.