Fərəc Quliyev Mehman Hüseynova rüşvət təklif etdi- Seçkilərdən çəkilmək üçün

Fərəc Quliyev Mehman Hüseynova rüşvət təklif etdi- Seçkilərdən çəkilmək üçün

Sosial şəbəkələrdə Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyevlə bloger Mehman Hüseynov arasında baş tutan danışıqların sensasion səs yazısı yayılıb.

Səs yazısından göründüyü kimi, Fərəc Quliyev Mehman Hüseynova parlament seçkilərindən onun  xeyrinə geri çəkilməsi üçün pul təklif edib. 

Qeyd edək ki, həm Mehman Hüseynov, həm də Fərəc Quliyev 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüblər.

"Sən  həbsxanada və bələdiyyə seçkilərində fədakarlıq göstərdin. İndi buna niyə ehtiyac var? Seçkilərdə məni dəstəklə, sonra da mən sənə dəstək olacağam" - Fərəc Quliyev deyib.
Daha sonra partiya sədri qeyd edib ki, istənilən halda bu seçkilərdə qalib gələcək və Mehman Hüseynov öz hərəkətləri ilə yalnız onun YAP-dan olan rəqibinə kömək etmiş olardı.

Söhbətin sonunda Fərəc Quliyev açıq şəkildə Mehman Hüseynova namizədliyini onun lehinə geri götürmək üçün 10-15 min manat təklif edib. Və bunu "müalicə xərclərinə kömək" olaraq vermək istədiyini deyib.

Öz növbəsində Mehman Hüseynov dostları və komandası ilə müzakirə etmədən belə bir qərar verə bilməyəcəyini deyib. Görüşdən sonra bloger aralarında olan danışıqların audio yazısını internetə sızdırdıb. Həmin səs yazısını virtualaz.org-a istinadən təqdim edirik:


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az