FHN-dən əhaliyə xəbərdarlıq

FHN-dən əhaliyə xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması üçün əhaliyə müraciət edib.
Vətəninfo.az Axar.az-a istinadla  xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Müraciətdə çimərlikdə nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmağın qadağan olduğu bildirilib.
Nazirlikdən bildirilib ki, valideynlər uşaqları çimərliklərdə nəzarətsiz qoymamalı, hər kəs xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməlidir: "Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir".
Çimərliklərdə istirahətin saat 9-dan 21-dək daha təhlükəsiz olduğu bildirilib.
FHN -dən bildirilib ki, qaydalara biganəlik - insan həyatına təhlükədir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az