Fikrət Məmmədov yeni hökumətdə yer almadı

Fikrət Məmmədov yeni hökumətdə yer almadı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.

Miq.az xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov yeni tərkibdə yer almayıb.

Dövlət başçısının digər Sərəncamı ilə ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

Qeyd edək ki, 68 yaşlı F. Məmmədov 2000-ci ildən ədliyyə naziri idi. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az