"Financial Times" Türkiyəni ittiham etdi, PKK-nı terrorçularını dəstəklədi

Türkiyənin  PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlar Qərb dairələrini narahat edib.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki, İngiltərənin  məşhur  "Financial Times" qəzeti  baş məqaləsində  PKK-nı vurduğu üçün, Ərdoğan  hökumətini ittihamlandırıb.
 "Ərdoğan PKK ilə müharibədən geri çəkilməlidir . Türkiyənin  PKK  ilə yenidən toqquşması qeyri-sabitlikdən başqa bir şey gətirməz. HDP lideri  Səlahaddin Demirtaş haqqında istintaq başlaması  gərginliyi daha da artır. Ərdoğan daha çox konsitutsion səlahəyyətləri əlində cəmləmək üçün bu əməliyyatları həyata keçirir." deyə qəzet Türkiyəni ittiham edib.
 Qəzet bir az da uzağa gedərək, PKK-nın terrorçu bir təşkilat deyil, kürdlərin  "hüquqları uğrunda" vuruşan bir qurum olduğunu yazıb.
 "PKK 1984-cü ildən  Türkiyə ilə  muxtariyyət üçün vuruşur. Müharibədə 40 min adam ölüb. Ərdoğan  2003-cü ildə  baş nazir kimi hakimiyyətə gələndə türklərlə Kürdlər arasındak ədavəti sona çatdırmaq üçün çox şey etdi. Əhalinin  15 faizini  təşkil edən kürd xalqına siyasi hüquqlar tanıdı. Amma indi Ərdoğan bütün bunların üstündən xətt çəkir. PKK  bölgədə İŞİD-ə qarşı vuruşan ən böyük gücdür. Türkiyə hökuməti isə İŞİD-lə mübarizədə çox könülsüz davranır. Ərdoğan hökuməti Suriya kürdlərini (PKK oxu:red) daha böyük təhdid kimi görür."
Türkiyəyə ittihamların yağdırıldığı, PKK terrorçularının  isə "zavallı" qismində təqdim olunduğu yazıda rəsmi Ankaranı amansız adlandırıb. 
"Türkiyənin  cənub-şərqində  və Şimali İraqdakı PKK-çılara  qarşı   hava hücumları o qədər amansızlıqla həyata keçirilir ki,  PKK-nı  yenidən danışıqlar masasına gətirmək qeyri-mümkün hala gələcək. Prokurorluğun Səlahaddin  Dəmirtaş haqqında istintaqa başlaması  kürdlərlə (PKK oxu:red) türklər arasındakı gərginliyi daha da artıracaq

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az