Formula-1-ə görə bağlanan yollar açılır

Formula-1-ə görə bağlanan yollar açılır
Formula-1 yarışları ilə əlaqədar Bakının mərkəzi hissəsində bağlanan yolların bir qismi bu gün açılacaq.
 
Bu barədə Trend-ə BŞDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
 
V.Əsədov qeyd edib ki, bu barədə Formula-1 yarışının təşkilat komitəsindən bildirilib:
 
"Komitədən verilən məlumata görə, bu gün nahardan sonra Formula-1 yarışı ilə əlaqədar Bakı Şəhər Halqası boyu kəsişmələrdə yerləşən küçələrdəki maneələr aradan qaldırılacaq. Dənizkənarı Milli Park ərazisi və Neftçilər prospektində isə hərəkətin bərpasına sabahdan başlanacaq".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az