Avqustun 7-də foto-bloqqer, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov Səbayil rayon Polis İdarəsinə dəvət olunub. Bu barədə Mehman Hüseynov özünün Facebook səhifəsində bildirib. Presspost.az İnformasiya Agentliyi xəbər verir ki, müstəntiq fotoreportyorun Avqustun 8-də özü barəsində açılmış cinayət işi ilə bağlı vəkili ilə birlikdə Polis İdarəsinə gəlməsini tələb edib.
Qeyd edək ki, Mehman Hüseynov iyunun 12-si saat 18 radələrində Səbail rayon Polis İdarəsinə ifadə verməyə gəlib və 3 saata qədər dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanıb.
O, Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurdu.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirmişdi ki, mayın 21-də İctimai Palata BŞİH binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib:
"O, ictimai qaydanı kobud surətdə pozaraq, eləcə də cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, xuliqanlıq hərəkətlərinə yol verib. İyunun 6-da faktla əlaqədar Mehman Hüseynov barəsində Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılıb".
İttiham sübuta yetirilsə, Mehman Hüseynov 1 ilədək azadlıqdan məhrum də edilə bilər. Avqustun 12-də Mehman Hüseynov barəsində başlanmış istintaqın 2 ayı tamam olacaq.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.