Fransa Qarabağ danışıqları prosesinin bərpasını alqışlayır

Fransa Qarabağ danışıqları prosesinin bərpasını alqışlayır
Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin bərpa olunmasını alqışlayır.

Bunu Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez Bakıda Fransa Respublikasının milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərində görə, Fransa Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün yer verməkdən şad olacaq.

Diplomat Azərbaycan və Fransa arasında dialoqun intensiv inkişafını, həmçinin bütün sahələrdə sıx münasibətlərin olduğunu qeyd edib.

Səfir azərbaycanlı investorları ölkəsində görmək istədiyini də deyib: "İki ölkə arasında iqtisadi əlaqələr müsbət inkişaf edir".

A.Buşez vurğulayıb ki, Fransa Azərbaycanda multikulturalizm mədəniyyətini və tolerantlığı qiymətləndirir.

Tədbirdə çıxış edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycan Fransa ilə münasibətləri yüksək qiymətləndirir: "İkitərəfli münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir".

Onun sözlərinə görə, Fransa Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir: "Azərbaycan ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Fransanın səylərini də yüksək qiymətləndirir". /Trend.az/ 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az