Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı

Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı
Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılacaq.

Miq.az xəbər verir ki, bu barədə BŞTİ-dən "Azərbaycan müəllimi”nə məlumat verilib.

Xəbər verdiyimiz kimi, sözügedən məktəbin ingilis dili müəlliməsi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və "bura donuzxanadır” kimi ifadələr işlədib. Dördpendirli pizza

Qeyd edək ki, Zemfira Məsiyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qaynanasıdır./Ajans.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az