Gec yatanlar tez kökəlir

Gec yatanlar tez kökəlir

Bu günə qədər aparılan yüzlərlə elmi araşdırma göstərdi ki, tez yatıb erkən qalxanlar daha sağlam, xoşbəxt, şən və firavan ömür sürürlər.

Üstəlik, onların halsızlıq, yorğunluq, artıq çəki kimi problemlərə yaxalanma ehtimalları aşağı düşür. Mütəxəssislərin sözlərinə görə, tez yatıb, yuxudan tez qalxan insanlar daha az stres keçirirlər və demək olar ki depressiyaya düşmürlər.

ABŞ-dakı Kaliforniya və Kolumbiya universitetlərinin alimlərinin apardığı yeni bir tədqiqatda da yeniyetmələrin yuxu saatları ilə bədən kütlə indeksləri, yəni çəkiləri arasında birbaşa əlaqə tapılıb. Araşdırma qrupunun rəhbəri Lauren Asarnov "Guardian” qəzetinə  yeniyetmələrin gecə yuxusuz qaldığı hər saatın kökəlməyə səbəb olduğunu deyib.

Publika.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az