Gecə gərgin keçdi - İran PUA-ları məhv edildi

Gecə gərgin keçdi - İran PUA-ları məhv edildi

Ukrayna hərbi aviasiyası gecə saatlarında ölkə səmasında İran istehsalı 16 ədəd "Şahid” hücum, həmçinin kəşfiyyat PUA-larını məhv edib.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Rusiya dünən axşam saatlarından səhər saat 4-ə kimi cənub-şərq istiqamətindən (Primorsk-Axtarsk) Ukrayna ərazisinə ümumilikdə 17 PUA atıb.

"Cənub və şərq bölgələrində aparılan əməliyyatlar nəticəsində 16 "Şahid” məhv edilib. Həmçinin gecə ərzində 1 kəşfiyyat və 6 operativ-taktiki PUA vurulub”, - məlumatda deyilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az