GƏDƏBƏYİN KEÇMİŞ İCRA BAŞÇISI PUL TOPLAYIR

GƏDƏBƏYİN KEÇMİŞ İCRA BAŞÇISI PUL TOPLAYIR

Dünən tutduğu vəzifədən azad edilən Kamran Rzazadə elə dünən bir neçə saat Prezident Admnistrasiyasının qarşısında olub. "Vətəninfo.az"ın PAT.AZ-a istinadən verdiyi xəbərə görə, o gün ərzində çalışıb ki, Samux rayonuna icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunsun. Amma istəyi baş tutmayıb. Qeyd olunur ki, Kamran Rzazadənin 90-cı illərdə Heydər Əliyevin əleyhinə Moskvaya göndərdiyi “Qara əllərini Azərbaycandan çək” məzmunlu teleqramları ortaya çıxıb.

Saytda o da qeyd edilib ki, hazır da rayonda yaşayan keçmiş icra başçısının qohumlarıda təlaş içindədir. Belə ki, onun qohumlarından olan Yeni Saratovka İcra nümayəndəsi Cəlal Tomiyev, Bacanağı meşə idarəsinin rəisi rayonda gizləniblər. Ehtiyat edirlər ki, yerli sakinlər Quba hadisələrini Gədəbəydə keçmiş başçının qohumlarının başına gətirsinlər. Bu dəqiqələrdə əldə etdiyimiz məlumata görə Kamran Rzazadə pul toplayaraq kimlərləsə əlaqə qurub hansısa vəzifəyə getmək istəyir. Mənbə bildirir ki, o artıq Badamdar qəsəbəsində ki, 650 min manatlıq villasını və yeni binalarda olan bir neçə mənzilini 350 min manata satıb. Amma hələ ki, istəyinə nail ola bilmir. Gədəbəy rayonundan deputatlığa namizəd olmuş Yeganə Əmiraslanova bildirir ki, Kamran Rzazadənin istefaya göndərilməsi Gədəbəydə toy-bayramla qarşılanıb. Bu Gədəbəy camahatının 7 il apardığı mübarizənin nəticəsidir. Keçmiş namizəd bildirir ki, oda İctimai Palatanın bir üzvü olaraq Kamran Rzazadənin istefaya göndərilməsini dəstəkləyir və hesab edir ki, yeni icra başçısı əhalinin rəğbətini qazanmaq üçün mütləq Kamran Rzazadənin kadrlarını, vəzifələrdə çalışan qohumlarını təmizləməlidir. Çünki onlarda Kamran Rzazadə ilə birlikdə Gədəbəy camahatına zülm verib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az