Gəlinlik paltarlarını qəsdən məhv edənin sifarişçisi qadın imiş

Gəlinlik paltarlarını qəsdən məhv edənin sifarişçisi qadın imiş
Bakı şəhər sakininə məxsus gəlinlik paltarları mağazasında paltarları qəsdən məhv edənin şəxsiyyəti müəyyən edilib, cinayətin sifarişçisi isə tutulub.

Miq.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışan məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv edən şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.

Hadisəni sifariş etmiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az