Gənc alimlərə süni qadağalar yaradılır - Professordan şok ittihamlar

Gənc alimlərə süni qadağalar yaradılır - Professordan şok ittihamlar
"Gənc ədəbiyyatçılar dedikdə elmə gələnləri nəzərdə tuturuqsa, bunu demək mənim üçün çox çətindir. Bu gün elmə gələnlər üçün kifayət qədər maddi və mənəvi stimul yoxdur".
Bakupost.az xəbər verir ki, bunu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli Azərtac-ın "Gənc ədəbiyyatçılara hansı məsləhətləri verərdiniz? Onların qarşılaşdığı əsas çətinliklər nələrdir" sualına cavabında bildirib.
Onun sözlərinə görə, gənclərin qarşısında elə baryerlər çəkilib ki, heç kim o baryerləri aşmaq istəməz:
"Söhbət dissertant və doktorantların qarşısında yaradılmış süni qadağalardan, yanlış yanaşmalardan gedir. Elmin təşkilində də boşluqlar var. Elmlə məşğul olanlar bu boşluqda əzilir, sınır və məşğul olduğu sahədən məmnun olmur. Hər şey də bu məmnuniyyətdən asılıdır".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az