Gənc icra başçısının AİLƏ BİZNESİ: Gədəbəy dağlarında bulaq zəbt edib, vətəndaşlara su satır - FOTO

Gənc icra başçısının AİLƏ BİZNESİ: Gədəbəy dağlarında bulaq zəbt edib, vətəndaşlara su satır - FOTO

Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub. 
 
Bu barədə məlumatı xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayıb.
 
O, iddia edib ki, keçmiş deputat və sabiq rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına "DAŞLI BULAQ -A" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib və Gədəbəyin dağlarında özünə böyük bir bulaq zəbt edib.  
 
Jurnalist qeyd edir ki, həmin bulağın suyu 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla gətirilir. Bundan sonra, icra başçısınını rayonda açdığı "Daşlı Bulaq" qablaşdırma müəssisəsində qablaşdırılır.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az