Gənc şairdən SƏRT İTTİHAM: "Əgər bir vaxt intihar etsəm..."

Gənc şairdən SƏRT İTTİHAM:

AYB-nin üzvü, şair-publisist Tural Turanın sosial şəbəkədə yazdığı fikirlər diqqətimizi çəkdi və bu fikirlər maraqlı olduğundan Miq.Az-ın oxucularına təqdim edirik:


"Yaradıcı adama rahatlıq lazımdır. Kirayə evlərdə, soyuq və rütubətli daxmalarda böyük sənət əsərləri, dünyaya çıxacaq yazılar yazmaq mümkün deyil...
 
Bizim dövlətimiz yaşlı jurnalistlərə ev verir. Daha doğrusu, bəziləri təqdimatı elə hazırlayır ki, gənclər həmin siyahıda buxarlanır. Ən yaxşı halda, haqqı çatanlar...

Gənclər isə ən primitiv nüansa – ev ala bilmədiyinə görə evlənə bilmirlər. Hələ üç-dörd evi olanın ev növbəsinə durmasını demirəm. Nədir bu hərislik? Nədir bu gözüdoymazlıq? 

1973-cü il doğumluları Qarabağda qırıldıqları üçün "qırmızı kitaba” düşdülər. 1989-90-cı illərdə doğulanlar da intihar səbəbi ilə get-gedə "qırmızı"ya düşəcəklər. 

Sonra da deyirlər ki, günahkar dövlətdir, hakimiyyətdir. Nə dövlət, nə hakimiyyət a kişi? Göz görə-görə kiminin iş yoldaşı, kiminin kolleqası öz tamahına "təp" deyə bilmirsə, hakimiyyət nə etsin? Günah elə özümüzdədir. Gənc, cavan saymayan ağsaqqallarda. Sonra da gənclərdən hörmət, izzət gözləyirlər. 

Artıq bir ildir ki, adamın saçına-başına yox, danışığına – ağzından çıxana baxıb hörmət qoyuram. Hər dəfə evsizlik problemi ağlımdan keçəndə intihar ipi yellənir gözümün önündə. Əgər bir vaxt intihar etsəm, bilin ki, evsizliyə, diqqətsizliyə görədir. 

...Və qəbrimin üstünə yazarsınız ki, Vətənin vətəndaşa xəyanəti ucbatından özünü öldürdü. Amma hələ ki, ağlım başımdadı. Fiziki intiharı düşünmürəm. 

Fəqət, elə gələcəyimin məhculluğunu düşündükcə, hər fikir çəkdikcə mənəvi olaraq intihar edirəm..."

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az