DGBŞ regional ofisi yazı müsabiqəsi elan etdi
Dünya Gənclər Bankı Şəbəkəsinin regional oisi (WYBN) gənc tələbələrin “Biz avrointeqrasiya prossesini necə görürük?” şüarı altında gənclər üçün məqalə müsabiqəsi elan edir. DGBŞ regional ofisinin rəhbəri Vüsalə Hüseynli “Vətəninfo.az”a bildirib ki, DGBŞ regional ofisi, gənclərimizin bu prosesi necə görməsi, verə biləcəkləri töhvələri üzə çıxarmaq və Azərbaycan gəncliyinin fikirlərini öyrənmək məqsədi ilə belə bir yazı müsabəqsi keçirir. Müsabiqədə Azərbaycanın gəncliyinin müxtəlif təbəqələri (yaş həddi – 18-35) iştirak edə bilərlər.
Müsabiqədə məqsəd gənclərimizin Avrointeqrasiyani necə dərk etmələri və gələcək gözləntilərini öyrənməkdir. Eyni zamanda, Avropa standartlarının və dəyərlərinin düzgün başa düşülməsini təşviq etməkdir.
Əgər siz də bu məqsədə öz töhfənizi vermək, eyni zamanda daha yenilikçi və maraqlı fikirlərinizi ortaya çıxarmaq istəyirsinizsə, aşağıdakı kateqoriyalardan birini seçib yaza bilərsiniz:
1) “Avrointeqrasiya dedikdə nə anlayırıq?”;
2) “Azərbaycanın Avropaya inteqrasiyası dünən , bu gun və sabah”;
3) “Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycan gəncliyin iştirakçılığı”
4)”Avrointeqrasiya gənclərin gözü ilə”
Hər bir yazı məzmununa və yaradıcılığına görə qiymətləndiriləcək. Qiymətləndirmədə nəzərə alınacaq əsas kriteriyalar aşağıdakı kimidir:
1) navatorluq;
2) faktiki məlumatlardan istifadə;
3) yeni baxış
4) Yazının reallığa uyğun olaraq analitik təhlili;
5) Beynəlxalq təcrübədən faydalanmaq
Son mərhələdə mütəxəssislərdən ibarət heyət ən yaxşı yazıları seçəcək və bu qaliblər pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunacaq. Qiymətləndirmənin obyektivliyini təmin etmək üçün yazılar kodlaşdırılacaq və yalnız qiymətləndirmə bitdikdən sonra adlar açıqlanacaq.
Qeyd: Müsabiqəyə təqdim olunan yazılar nəticələr elan olunana qədər heç bir qəzet, jurnal və ya onlayn agentliklərin səhifəsində nəşr oluna bilməz. Yazının həcmi Times New Roman şirifti ilə 12 ölçüdə maksimum üç A4 –həcmində ola bilər. Hər gənc müsabiqəyə yalnız bir yazı təqdim edə bilər. Yazılar Azərbaycan dilində ola bilər. ( İstisna hallarda rus dilində də göndərilə bilər). .
Təkliflərinizi 1 may 2012-ci il, saat 18:00-a qədər [email protected]/* */ ünvanına göndərə bilərsiniz. Göndərəcəyiniz elektron məktubda adınızı, işinizi, təhsil müəssisənizi və əlaqə məlumatlarınızı ( telefon, email və s) qeyd etməyi unutmayın.