Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Gəncə əllimlərinin 2014-2015-ci dərs ilinin yekunları vəyeni tədris ilindəqarşıda duran vəzifələrəhəsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcəşəhərin baş meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Daha sonra konfrans öz işinə başlayıb.

Ötən tədris ilində şəhər təhsilində qazanılan uğurlardan bəhs edən videoçarx nümayiş olunub. Gəncə şəhər təhsil idarəsinin rəisi Zakir Hüseynov 2014-2015-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edərək deyib ki, son 4 ildə şəhərdə35 orta məktəb əsaslı şəkildə təmir edilərək, pedaqoji kollektivlərin ixtiyarına verilib. Ümümtəhsil ocaqlarından 4, 26 və40 nömrəli orta məktəblər keçən il təmir edilib. Şəhər təhsil idarəsinin yeni inzibati binası təhvil verilib. Hazırda 14, 41 və 44 nömrəli məktəblərdə əsaslı təmir işləri sürətlə davam etdirilir. 39 nömrəli tam orta məktəbdə1.200 şagird yerlik yeni tədris korpusunun inşasında isə son tamamlama işləri aparılır.

 

Gəncəşəhərİcra Hakimiyyətinin başçısıElmar Vəliyev konfransda çıxış edərək son illər təhsildəqazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib.Şəhərdətəhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətindəhəyata keçirilən vəkeçirilməsi nəzərdətutulan işlərdən danışıb. Keçən tədris ilindəburaxılan nöqsanların aradan qaldırılması üçün tapşırıq vətövsiyyələrini verib. Qazanılan uğurlara görəpedaqoji kollektivləri təbrik edərək, onlara yeni dərs ilindəuğurlar arzulayıb.

Konfransın sonunda yüksək balla ali məktəblərədaxil olan gənclər bir daha təbrik edilib. Onlara hədiyyələr təqdim olunaraq təhsildəvəgələcək fəaliyyətlərindəuğurlar arzu edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az