Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü

Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü
Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb.

Miq.az Trend-ə istinadən bildirir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi "VAZ 2107" markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə Şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib.
Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az