Gəncənin deputatından ölkəni şoka salan hadisəyə REAKSİYA: "Gəncəli deyillər"

Gəncənin deputatından ölkəni şoka salan hadisəyə REAKSİYA:
Dünəndən bəri Azərbaycanda əminin öz qardaşı qızını qaçıraraq evlənməsi ölkə gündəmində ciddi şəkildə müzakirə olunur.

İlk dəfədir belə bir halın Azərbaycanda baş verməsi hər kəsdə təəccüb doğurmaqla yanaşı, ciddi qınağa da səbəb olub. Hadisələrin baş verdiyi məkan olaraq isə Gəncənin adı çəkilir.
"Qafqazinfo” məsələ ilə bağlı sözügedən şəhərdən seçilmiş deputat Naqif Həmzəyevdən münasibət öyrənib. Məlum olub ki, həmin şəxslərin Gəncə şəhərində qeydiyyatı yoxdur:
"Bu hadisədə Gəncənin adını hallandırmaq düzgün deyil. Məsələni dəqiqləşdirmək lazım idi. Biz araşdırdıq və məlum oldu ki, həmin şəxslər Gəncə sakinləri deyillər, burada qeydiyyatları yoxdur.
Onlar sadəcə Gəncədə kirayədə yaşayıblar, heç müqavilələri də olmayıb. İndi həmin evdə də qalmırlar.
Özləri ətraf rayonların birində yaşayır. Burada işləmələrinə dair də heç bir yerdə sənəd tapılmır. Nikahı da heç burada bağlamayıblar, hardasa bağlayıblar. Boşanma ilə bağlı proses də Gəncə məhkəmələrində getməyib”.
Onun sözlərinə görə, nəinki Gəncədə, Azərbaycanda bu cür məsələlər qəbul olunmur: "Gəncədə də adət-ənənələr ciddi şəkildə qorunur, elə şeylərə yol verilmir və bağışlanılmır. O, psixoloji problemli bir insandır ki, 3 övladını qoyub qaçıb gedib. Bunların bir ağsaqqalı yoxdurmu ki, onlara yiyəlik etsin və yaxud ailənin dağılmağının qarşısını alsın. Görünür, problemli bir ailədir, təəssüflər olsun ki, belə bir hadisə baş verib, bunu qətiyyətlə qınayırıq”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az